​Ağstafa şəhərində 8 otaqlı evdə yanğın olub

Bakı. 02 İyun. REPORT.AZ/ Ağstafa şəhərində vətəndaşa məxsus ikimərtəbəli 8 otaqlı evdə yanğın qeydə alınıb.

"Report" xəbər verir ki, nəticədə evin çardağı 15 kv. m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37