Ağstafa sakini qonşusunu çomaqla döydü

Ağstafa rayonunda yerli sakin döyülüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Köçəsgər kənd sakini, 1968-ci il təvəllüdlü Kamil Məmmədəlili mübahisə zəminində qonşusu tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib. 

Onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər