Ağstafa. 14 avqust. REPORT.AZ/ Ağstafa rayon sakini kəsdiyi ağacın altında qalaraq ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, bir müddət əvvəl meşədə kəsdiyi ağacın altında qalan rayonun Qırlı kənd sakini, 1996-cı il təvəllüdlü Elxan Rəhman oğlu Musayev xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.