Ağstafa sakini elektrik cərəyanı vurması nəticəsində ölüb

Bakı. 11 may. REPORT.AZ/ Ağstafa rayon sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.

"Report" xəbər verir ki, hadisə rayonun Qırlı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini Tapdıq Süleymanov yaşadığı evin həyətində elektrik naqillərini birləşdirərkən ehtiyyatsızlıqdan cərəyan vurması nəticəsində ölüb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14