Ağstafa sakini bıçaqlanıb

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Dağ Kəsəmən kənd sakini, 1979-cu il təvəllüdlü Orxan Salahov bıçaq xəsarəti ilə yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48