Ağstafa rayonunda yerli sakin qidadan zəhərlənib

Ağstafa. 24 mart. REPORT.AZ/ Ağstafa rayonunda qidadan zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1995-ci il təvəllüdlü Dağ Kəsəmən kənd sakini Əliyev Ramin Abdulla oğlu yaşadığı evdə şam yeməyi zamanı qidadan zəhərlənib.

Yaxınları tərəfindən xəstəxanaya aparılan R.Əliyevin mədəsi yuyulub. Ona lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti normallaşıb və palataya yerləşdirilib. Həkimin bildirdiyinə görə, o, istixanada becərilən xiyardan zəhərlənib.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41