Ağstafada 51 yaşlı kişi həmkəndlisi tərəfindən döyülüb

Ağstafa. 4 fevral. REPORT.AZ/ Ağstafa rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qıraq Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 51 yaşlı İ.Mustafayev həmkəndlisi tərəfindən ağac parçası ilə döyülüb. Nəticədə o, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisəyə mal-qara üstdə düşən mübahisə səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Ağstafada kürəkən qayınatasını bıçaqlayıb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45