Ağstafada qadın qadını qətlə yetirməkdə şübhəli bilinir

Ağstafada qətl törədən qadın saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanvarın 9-da gecə saatlarında rayonun Dağ Kəsəmən kəndində 61 yaşlı Fatma Musayeva yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən, onun qohumu 49 yaşlı Zülfiyyə Musayevanı polis əməkdaşları saxlayaraq istintaqa təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26