Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində faciə baş verib

Bakı. 15 dekabr. REPORT.AZ/ Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində qəza hadisəsi baş verib. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, stansiyanın ərazisində Böyük Kəsik - Gəncə elektrik qatarı ilə Yuxarı Göyçək kənd sakini Suleyman Rəhimov vurulub və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Masazırda 4 avtomobil yanıb 10 oktyabr, 2026 / 09:11