​Ağır yol qəzası sürücünün ölümünə səbəb olub - FOTO

Bakı. 19 avqust. REPORT.AZ/ Gəncənin Gülüstan qəsəbəsi yaxınlığında baş verən qəza nəticəsində xəstəxanaya yerləşdirilən 56 yaşlı sürücü Nəsir Abdullayev dünyasını dəyişib. “Report”un xəbərinə görə, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mərhum N.Abdullayevin idarə etdiyi “VAZ 21099” markalı avtomobil Namiq Muradxanlının idarə etdiyi “LADA Priora” markalı avtomobillə toqquşub. İlkin ehtimala görə, qəzaya səbəb “VAZ 21099”un sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. 

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39