Ağdərədə fəhlələri daşıyan mikroavtobus dərəyə aşıb.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.
İlkin məlumatlara görə, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Mikroavtobusun şirkətlərdən birində çalışan işçiləri daşıdığı qeyd olunur.
Xəsarət alan 6 nəfərdən 3-ü Mingəçevirdəki özəl xəstəxanaya yerləşdiriliblər.
Qəza nəticəsində xəsarət alan digər 3 nəfər isə Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.