Ağdaşda iki yük maşını toqquşub, ölən var

Ağdaş rayonunda "Mercedes" markalı yük avtomobili TIR-la toqquşub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ləki qəsəbəsi ərazisindən keçən hissədə qeydə alınıb.

Avtoqəza nəticəsində "Mercedes"in sürücüsü, 36 yaşlı Heydər Hüseyngil hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Digər xəbərlər

Talaçaydan sel keçir 08 iyul, 2026 / 11:03