Ağdaş. 1 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda yol qəzası baş verib.
”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil “Hyundai” markalı avtomobilə çırpılıb. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.