Ağdaş rayonunda evdən qızıl-zinət və məişət əşyaları oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evlərin birindən qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini H.Süleymanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.