Ağdaşda avtomobil qəzası olub,  3 nəfər xəsarət alıb

Bakı-Qazax avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə magistral yolun Ağdaş rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qadın sürücünün idarə etdiyi minik avtomobili maneəyə çırpılıb. Nəticədə "KİA" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Aynurə Muradil qızı Cabbarova, 13 yaşlı oğlu Mirhüseyn və 19 yaşlı qızı Aysun xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər