Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb

Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə martın 27-si saat 16:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağdaş rayon sakini, 1983-cü il təvəllüdlü Eldəniz Məmmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə həmyerlisi, 1961-ci il təvəllüdlü Nüsrət Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51