Ağdaşda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB

Ağdaş. 18 fevral. REPORT.AZ/ Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində avtomobildə olan Göyçay rayon sakinləri - 1992-ci il təvəllüdlü Xəlilova Zülfiyyə Azad qızı, 1963-cü il təvəllüdlü Qasımova Mətanət Ağaməhəmməd qızı və onun həyat yoldaşı Azad Xəlilov, habelə nəqliyyat vasitəsinin sürücüsü, Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Həsənov Kamil Famil oğlu xəsarət alıblar. 

Yaralılardan üçünün vəziyyəti orta-ağır, ikisinin vəziyyəti isə qənaətbəxşdir.


***13:04

Ağdaş. 18 fevral. REPORT.AZ/Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Ləki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Hadisə nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 02 sentyabr, 2026 / 04:17