Ağdaşda avtomobil maneəyə çırpılıb

Ağdaş şəhərinin Heydər Əliyev prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1959-cu il təvəllüdlü Qəbələ şəhər sakini Nuru Nuraliyev Nəsrullah oğlunun sükanı arxasında olduğu "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol dairəsinə çırpılıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26