Ağdaşda avtomobil aşıb, xəsarət alanlar var

Ağdaşda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Ağdaş rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"KİA" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1980-ci il təvəllüdlü S.Məmmədov, 1987-ci il təvəllüdlü G.Qələndərova və 2012-ci il təvəllüdlü T.Məmmədli xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26