Ağdaşda avtomobil aşıb, sürücü ölüb - FOTO

Ağdaş rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kükəl kəndində qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobilin sürücüsü, 33 yaşlı Kükəl kənd sakini Hacı Qədirov adı çəkilən kənd yolunda hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb.

Qəza nəticəsində xəsarət alan sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər