Ağdaşda 17 yaşlı qız damarlarını kəsərək intihara cəhd edib

Ağdaş. 2 may. REPORT.AZ/ Axşam saatlarında Ağdaş rayonunda intihara cəhd hadisəsi baş verib.

"Rerpot"un Şirvan bürosunun xəbərinə görə, rayon sakini, 2000-ci il təvəllüdlü A.N. sağ qolunun damarını iti alətlə kəsib.

Hadisədən xəbər tutan valideynlər dərhal əraziyə Ağdaş Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadasını çağırıblar. Xəstəxanaya çatdırılan A.N.-nın həyatını həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub. Hazırda xəstənin vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Masazırda 4 avtomobil yanıb 10 oktyabr, 2026 / 09:11