Ağdamda yol qəzası baş verib, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB

Bakı. 9 oktyabr. REPORT.AZ/ Ağdam rayonunda yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil "VAZ-2106" markalı minik maşını ilə toqquşub. "VAZ-2106"nın sürücüsü, Mingəçevir şəhər sakini Rövşən Mustafayev və onun avtomobildə olan oğlu maşının aşması nəticəsində xəsarət alıb. İdarəetmədən çıxan "VAZ-2107" markalı avtomobil isə yol kənarında dayanan insanların üzərinə gedərək onların bir neçəsinə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41