Ağdam. 10 yanvar. REPORT.AZ/ Ağdamda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. "VAZ 2107" markalı avtomobil eyni markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobillərindən birinin sürücüsü xəsarət alıb.
Faktla bağlı Ağdam rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində araşdırma aparılır.