Ağdamda avtomobil piyadanı vuraraq öldürüb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Ağdam rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, Ağdam rayon Eyvazlı kənd sakini Babək Köçərli idarə etdiyi “NazLifan” markalı avtomobillə yolu keçən Çullu kənd sakini Zülfü Əsədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 24-də orada ölüb.

Ağdam rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər