Ağdamda 34 yaşlı kişinin evdən meyiti tapılıb

Ağdamda evdən kişi meyiti tapılıb.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun məcburi köçkünlərin məskunlaşdığı "4 yol - 2" qəsəbəsində qeydə alınıb.

Güllücə kənd sakini, 1991-ci il təvəllüdlü Novruz Nağızadənin meyiti yaşadığı evdən tapılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 12 fevral, 2026 / 19:02