Ağcabədidə qəbiristanlıqdan oğurluq edən şəxs tutulub

Bakı. 24 may. REPORT.AZ/ Ağcabədidə şəhər qəbiristanlığındakı hasarlardan dəmir bəzək əşyaları oğurlanıb.

“Report” DİN-ə istinadən xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Seyidağa Sadıqov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41