Ağcabədidə gənc oğlan özünü ağacdan asıb

Bakı. 16 fevral. REPORT.AZ/ Ağcabədidə gənc oğlan özünü ağacdan asaraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan 1994-cü il təvəllüdlü Cəfərov Şəmistan Sevindik oğlu özünü alça ağacından asaraq intihar edib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48