Ağcabədidə avtomobil dəmir maneəyə çırpılıb - FOTO - VİDEO

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisində keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər