Ağcabədidə ağır yol qəzası olub, ölənlər var

Ağcabədidə 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ Bürosunun verdiyi xəbərə görə, hadisə rayon ərazisində baş verib.

Minik maşınının traktorla toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, Salyan rayonu Qaraçala qəsəbə sakini, 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və sərnişini, Qazax rayonunun Qaymaqlı kənd sakini, 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39