Ağcabədidə 8 yaşlı uşağı avtomobil vurub

Ağcabədi. 14 noyabr. REPORT.AZ/ Ağcabədi rayonunda 8 yaşlı uşağı avtomobil vurub. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Boyat kəndində qeydə alınıb. 

Belə ki, Ağdam rayonunun Əfətli kənd sakini, 2009-cu il təvəllüdlü Sadiq Əliyevi yolu keçmək istəyərkən maşın vurub. Yaralı əvvəlcə Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, sonradan vəziyyəti ağır olduğundan Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27