Ağcabədi rayonunda transformator yanıb

Bakı. 17 iyul. REPORT. AZ/ Ağcabədi rayonunda yanğın hadisəsi baş verib. 

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonda "Azərişıq" ASC-yə məxsus gücü 100 kVt olan transformatorun yanar hissələri və yaxınlıqda vətəndaşa məxsus həyətyanı sahədə 350 kv.m sahədə kol-kos yanıb. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yanğın saat 16:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41