Abşeronda quldurluq edən "maskalı" gəncə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 22 yaşlı Həsən Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə H.Bayramov 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, Hökməli qəsəbəsində yaşayan Həsən Bayramov bu ilin yanvar ayında saxlanılıb. O, Abşeron rayonunda başına maska taxmaqla soyuq silahla evlərə girərək vətəndaşlardan pul, qızıl tələb etməkdə ittiham edilib. 

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39