Abşeronda məcburi köçkünlərin yaşadığı ev yanır

Abşeron. 7 fevral. REPORT.AZ/ Abşeron rayonunda məcburi köçkünlərin yaşadığı ev yanır.

"Report"un yerli bürosu xəbər verir ki, yanğın rayonun Masazır qəsəbəsində, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin yaşadığı bir-birinə bitişik olan evlərdən birindən başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində işlər həyata keçirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47