Bakı. 9 dekabr. REPORT.AZ/ Abşeron rayonunda 42 yaşlı qadını "KamAZ" vurub, sürücü qaçıb.
"Report"un xəbərinə görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 1974-cü il təvəllüdlü Mustafayeva Gülbəniz Rafiq qızını yoldan keçən "KamAZ" markalı yük avtomobili vurub. Qadın ağır xəsarət alıb. Yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. Ətrafdakıların köməkliyi ilə G.Mustafayeva 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.