Abşeronda daş karxanasında hündürlükdən yıxılan kişi ölüb

Abşeronda daş karxanasında hündürlükdən yıxılan kişi ölüb.

"Report" xəbər verir ki, sentyabrın 28-i Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Nurlan Qüdrət oğlu Balaqardaşov Güzdək qəsəbəsinin ərazisində yerləşən daş karxanasındakı hündürlükdən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş N.Balaqardaşov oktyabrın 22-si orada ölüb.

Araşdırmalar aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47