Abşeron rayonunda 34 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb.
"Report"un məlumatına görə, 1988-ci il təvəllüdlü Novruzov Ruhin Şirməmməd oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.