Bakının Nərimanov rayonunda döyülmə hadisəsi baş verib.
"Report" məlumatına görə, Abşeron rayonu, Müşviqabad qəsəbəsi, 28 May küçəsində qeydiyyatda olan 1986-cı il təvəllüdlü Əliyev Elzamin Səlahəddin oğlu tanıdığı şəxs tərəfindən döyülüb.
Xəstə sol almacıq nahiyəsinin əzilmiş-cırılmış xəsarəti ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
O, aidiyyəti üzrə müayinəyə götürülüb.
Ramin Şahbazov