ABŞ təşkilatının bölgə koordinatoru ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - FOTO

Quba. 30 iyul. REPORT.AZ/ ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşən Azərbaycanda Sosial-İqtisadi İnkişaf (SEDA) Təşkilatının şimal bölgəsi üzrə koordinatoru ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Report"un Şimal bürosunun məlumatına görə, 1970-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Əmirxanova təcili tibbi yardım avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən Z.Əmirxanovaya beyin-qan dövranının pozulması, isterik nevroz diaqnozu qoyulub. 

Hazırda müalicə alan Z.Əmirxanovanın vəziyyətinin ağır olduğu bildirilir.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14