ABŞ hökuməti İraqda fəaliyyət göstərən İranyönümlü iki silahlı qruplaşmanın liderlərinə sanksiya tətbiq edib.
“Report” “Arab News”a istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens İrana arxalanan silahlı qrupların terror yaymasına qarşı fəaliyyətsiz qalmayacaqlarını bildirib.
Həmin şəxslərin adları hələlik açıqlanmır.
ABŞ-ın Maliyyə Nazirliyi İraqda insan hüquqlarını pozmaqda və korrupsiyada şübhəli bilinən dörd nəfər silahlı dəstə liderinə qarşı sanksiya tətbiq etdiklərini açıqlamışdı.