ABŞ-da təyyarə qəzası nəticəsində 4 nəfər ölüb

Bakı. 13 noyabr. REPORT.AZ/ ABŞ-ın Kentukki ştatının Qlazqo şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, təyyarə qəza yerindən 128 km aralıda yerləşən Somerset şəhər aeroportu istiqamətində hərəkətdə olub.

Qəza yerinə polis əməkdaşları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41