"8-ci km bazarı"nda gənci bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Sərdar Soltanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 6-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonu "8-ci km bazarı" adlanan bazarda qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü S.Soltanov aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Orxan Vahabzadəni bıçaqlayıb.

Yaralı təcili yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib və həyatını xilas etmək mümkün olub.

S.Soltanova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39