​15 Azərbaycan vətəndaşı Rusiya ərazisindən xaric edilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu il Rusiyanın Məhkəmə Hakimləri Federal Xidmətinin Həştərxan vilayəti üzrə İdarəsi faktiki olaraq 222 nəfər qeyri-qanuni miqrantı ölkə ərazisindən xaric edib.

"Report" xəbər verir ki, onların əksəriyyəti Yaxın Şərq ölkələrinin vətəndaşlarıdırlar.

Cari il ərzində qeyri-leqal miqrantlar arasında 139 Özbəkistan, 23 Tacikistan, 18 Çin, 15 Azərbaycan, Ukrayna, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Türkmənistan, Gürcüstan, Vyetnam, Suriya, Böyük Britaniya, Bosniya və Hersoqovina vətəndaşları olub.

Federal büdcədən qeyri-leqal miqrantların ölkədən çıxarılması üçün gediş sənədlərinin alınmasına 1 milyon 392 min rubldan çox vəsait sərf olunub.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50