"Yuventus" Fransa klubunun futbolçusunu transfer edəcək

Transfer çalışmalarını davam etdirən İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "qoca sinyora" Fransa təmsilçisi "Nitsa"nın üzvü Kefren Türamın xidmətində maraqlıdır.

23 yaşlı oyunçu ilə 2029-cu ilə qədər müqavilə bağlanacaq.

Qeyd edək ki, K.Türam "İnter"də (İtaliya) çıxış edən Markus Türamın qardaşı, vaxtı ilə "Yuventus"un şərəfini qorumuş Lilian Türamın oğludur.

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31