Bakı. 12 yanvar. REPORT.AZ/ Futbol üzrə Almaniya yığma komandasının baş məşqçisi Yoahim Löv Beynəlxalq Futbol Federasiyasının (FİFA) 2014-cü ilin ən yaxşı məşqçisi mükafatına layiq görülüb.
"Report" xəbər verir ki, bu barədə FİFA-nın bazar ertəsi Sürix şəhərində keçirilən və ötən ilin yekunlarına həsr olunan təntənəli gecəsində elan olunub.
Y.Löv 2014-cü ildə Almaniya yığmasını Braziliyada keçirilən Dünya çempionatının qalibi edib.