Fildişi Sahili millisinin futbolçusu Yan Diomande İspaniyanın "Real" klubunun tarixinə düşüb.
"Report" "Opta"ya istinadən xəbər verir ki, afrikalı vinger buna "Sevilya"nı 4:1 hesabı ilə məğlub etdikləri La Liqanın IX turunun oyununda nail olub.
O, sözügedən qarşılaşmada qol və məhsuldar ötürmə ilə yadda qalıb. Y.Diomende XXI əsrdə "Kral klubu"nun heyətində çempionat oyununda həm fərqlənən, həm də assist edən 20 yaşdan kiçik ilk futbolçudur. O, bunu 19 yaş 338 günündə bacarıb.
Əvvəlki rekord Cud Bellinqemə (20 yaş 51 gün) məxsus idi.
Xatırladaq ki, Yan Diomande yayda Almaniya təmsilçisi "Leyptsiq"dən "Real"a keçib.