"Brayton"un paraqvaylı yarımmüdafiəçisi Dieqo Qomes 2017-ci ildən bəri İngiltərə Premyer Liqasında (EPL) ən uzun məsafədən qol vurub.
"Report" bu barədə "Opta" statistika portalına istinadən xəbər verir.
"Brayton" bazar günü İngiltərə Premyer Liqasının VII turunda "Kristal Pelas"ı 5:0 hesabı ilə darmadağın edib. Qomes matçın yeddinci dəqiqəsində meydanın orta xəttindən 51 metr məsafədən qol vurub.
2017-ci ilin noyabrında Ueyn Runi "Everton"un heyətində "Vest Hem"ə qarşı oyunda 58 metr məsafədən qol vurmuşdu.