"Barselona"nın futbolçusu Dani Olmo "Real"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Dani Olmo zədə səbəbindən "Real"a qarşı keçiriləcək La Liqanın X turunun matçında iştirak edə bilməyəcək.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin dəqiq bərpa müddəti əlavə tibbi müayinələrdən sonra bəlli olacaq.

İspaniyalı oyunçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda PSJ-yə uduzduqları (2:4) matçda zədələnib. O, görüşün 27-ci dəqiqəsində Fermin Lopeslə əvəzlənib.

Digər xəbərlər