​"Xəzər Lənkəran" "Metallurq"a məğlub olub

Bakı. 18 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” klubu üçüncü sınaq matçını keçirib.

"Report" xəbər verir ki, Ukraynanın “Metallurq” klubu ilə qarşılaşan komandamız meydanı 1:2 hesabı ilə məğlub tərk edib.

Oyun boyu hesabda irəli olan komandamız, matçın 86 və 90-cı dəqiqələrində buraxdığı qollarla qələbəni əldən verib.

Digər xəbərlər