"Sumqayıt"la əvvəlki 2 oyunda vura bilmədiyimiz bütün qolları vurduq.
"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Sumqayıt"a qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis qələbəyə görə futbolçularına təşəkkür edib:
"Kubok oyunları asan olmur, həmişə çətin keçir. İlk oyunumuz 0:0 bitmişdi. Bu gün biz "Sumqayıt"la əvvəlki 2 oyunda vura bilmədiyimiz bütün qolları vurduq. Futbolçulara növbəti mərhələyə vəsiqə qazandıqlarına görə "afərin" düşür. Hamını qələbə münasibətilə təbrik edirəm".
Qeyd edək ki, "Sumqayıt" - "Sabah" oyunu "bayquşlar"ın 4:0 hesablı qələbəsi ilə bitib.