"Valensiya" heyətini yeni hücumçu ilə gücləndirib

İspaniya təmsilçisi "Valensiya" "Real Sosyedad"ın hücumçusu Umar Sadiqi heyətinə qatdığını açıqlayıb.

"Report" xəbər verir ki, 27 yaşlı nigeriyalı futbolçu icarə əsasında mövsümün sonuna qədər "yarasalar"da çıxış edəcək.

O, cari mövsüm "Real Sosyedad"ın heyətində 11 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Valensiya" 18 görüşdən sonra 12 xalla 19-cu sırada yer alıb.

Digər xəbərlər

NBA oyunu təxirə salınıb 09 yanvar, 2026 / 09:41
UEFA Bavariyanı cəzalandırıb 08 yanvar, 2026 / 23:22